...

7 saylı özüldə korroziyayadan mühafizə işləri yerinə yetirilir

Energetika Materials 15 İyul 2014 18:15 (UTC +04:00)
“Günəşli” yatağında hasilatın artırılması məqsədilə 12 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 7 saylı Dərin Dəniz Özülünün tikintisi davam etdirilir.
7 saylı özüldə korroziyayadan mühafizə işləri yerinə yetirilir

Azərbaycan, Bakı, 15 iyul /Trend/

"Günəşli" yatağında hasilatın artırılması məqsədilə 12 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 7 saylı Dərin Dəniz Özülünün tikintisi davam etdirilir.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, hazırda özülün inşa olunmuş hissələrində korroziyadan mühafizə tədbirləri görülür. Zığ istehsalat sahəsində hazırlanmış 2 ədəd M4Q və M5Q modullarında korroziyadan mühafizə işləri tamamlanmaq üzrədir.

Bundan başqa, 17460 kvadretmetrlik metal-konstruksiyanın səthi pas hissəciklərdən təmizlənmiş, ikikomponentli, epoksid boyalarla aşınmadan mühafizə olunmuşdur.

Qeyd edək ki, 7 saylı özülün tikintisinin cari ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Özüldə korroziyayadan mühafizə işləri "Neftqaztikinti" Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti