Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir Emil İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünyada neftin qiymətlərinin qeyri-sabit olmasında problem görmür, çünki gəlirlərin proqnozlaşdırılmasında qiymətin azalması ssenarisi də nəzərə alınır.
Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev neftin qiymətinin aşağı düşməsinin şirkətin gəlirlərinə mümkün təsirləri ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, neftin qiymətinin səviyyəsindən asılı olaraq ARDNŞ-nin xərclərinə və investisiya proqramına düzəlişlər edilir.
Qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsində neftin qiyməti 100 dollar səviyyəsində nəzərə alınıb.