...

Bu gün "Total" şirkətinin yeni prezidenti seçiləcək

Energetika Materials 22 Oktyabr 2014 10:46 (UTC +04:00)
Moskvada təyyarə qəzasında həlak olmuş Kristof de Marjerinin rəhbəri olduğu Fransanın “Total” neft-qaz korporasiyasının Direktorlar Şurası bu gün keçirəcəyi təcili iclasda şirkətin yeni prezidentinin seçilməsini planlaşdırır.
Bu gün "Total" şirkətinin yeni prezidenti seçiləcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Moskvada təyyarə qəzasında həlak olmuş Kristof de Marjerinin rəhbəri olduğu Fransanın "Total" neft-qaz korporasiyasının Direktorlar Şurası bu gün keçirəcəyi təcili iclasda şirkətin yeni prezidentinin seçilməsini planlaşdırır. Bu barədə "Wall Street Journal" şirkətdəki mənbəsinə istinadən xəbər verir. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Bununla yanaşı, iclasda şirkətin icraçı direktoru ilə Direktorlar Şurasının sədri vəzifələrinin bölünməsi haqqında qərar çıxarıla bilər.

Qeyd edək ki, "Total" şirkətinin icraçı direktoru postuna əsas iddiaçılar Neft emalı və neft kimyası şöbəsinin müdiri Patrik Puyanne və hazırda Marketinq şöbəsinə rəhbərlik edən Filipp Buassodur. Direktorlar Şurasının sədri vəzifəsinə 2010-cu ildə bu postu tutmuş Tyeri Desmare qayıda bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti