...

Natiq Əliyev: Cənub Qaz Dəhlizi cənub-şərqi Avropanın iqtisadiyyatı üçün vacibdir (FOTO)

Energetika Materials 27 Noyabr 2014 13:11 (UTC +04:00)
Strateji layihə olan Cənub Qaz Dəhlizi cənub-şərqi Avropa kimi iri regionun iqtisadi inkişafında mühüm rol oynayır.
Natiq Əliyev: Cənub Qaz Dəhlizi cənub-şərqi Avropanın iqtisadiyyatı üçün vacibdir (FOTO)

Qazaxıstan, Astana, 27 noyabr /Trend, müxbir Daniyar Muxtarov/

Strateji layihə olan Cənub Qaz Dəhlizi cənub-şərqi Avropa kimi iri regionun iqtisadi inkişafında mühüm rol oynayır. Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev Astanada Enerji xartiyasının konfransının 25-ci sessiyasında çıxış edərkən deyib.

Nazir bildirib: "Cənub Qaz Dəhlizinin uğuru təkcə Xəzər və Qara dəniz regionu deyil, həmçinin Aralıq dənizi ölkələri ilə enerji təhlükəsizliyi sahəsində gələcək siyasi və iqtisadi əməkdaşlığa imkan verir".

N.Əliyev qeyd edib ki, Azərbaycanda ənənəvi enerji mənbələrinə əsaslanaraq bərpa olunan enerji mənbələrindən istifadə üzrə də iş aparılır: "Bu, əhəmiyyətli istiqamətdir və bizə ətraf mühitin yüklənməsini azaltmağa və gələcəkdə enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək".

Öz növbəsində, Qazaxıstanın energetika nazirinin birinci müavini Uzakbay Karabalin deyib ki, Azərbaycan Xəzər regionunda qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması və tranzit dəhlizlərin inkişafında mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti