...

"Azərenerji"nin xalis mənfəəti azalıb

Energetika Materials 30 Aprel 2015 22:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Azad Həsənli/

2014-cü ildə "Azərenerji" ASC-nin xalis mənfəəti 2013-cü illə müqayisədə 4,3 dəfə - 19,59 min manat azalıb. Trend-in "Deloitte & Touche" şirkətinin maliyyə hesabatına istinadən verdiyi məlumata əsasən, 2013-cü ildə xalis mənfəət 84,6 min manat olub.

Hesabata əsasən, 2014-cü ildə şirkətin gəlirləri 830,7 min manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən (743,25 min manat) 11,77 faiz çoxdur. Gəlirlərin böyük hissəsini (93,56 faiz və ya 777,2 min manat) elektrik enerjisinin satışı təmin edib.

Hesabat dövründə şirkətin xərcləri 23,15 faiz artaraq 811,1 min manat təşkil edib. Ötən il "Azərenerji"nin aktivləri 5,58 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən (5,52 milyon manat) 1,1 faiz çoxdur. Bununla yanaşı, uzunmüddətli aktivlər aktivlərin ümumi həcmində 89,4 faiz və ya 4,9 milyon manat təşkil edib, qısamüddətli aktivlər isə 10,57 faiz və ya 594,97 min manat olub.

2015-ci ilin əvvəlinə şirkətin nizamnamə kapitalı 1,76 milyon manat təşkil edib. 2014-cü il ərzində şirkətin səhmlərinin dəyəri 1 səhmə görə 0,96 manatdan 0,22 manatadək azalıb.

"Azərenerji" 2014-cü ildə təqribən 22,7 milyard kilovat-saat, 2013-cü ildə isə 21,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti