...

Binalarda elektrik enerjisinin idarəetməsində lider müəyyən edildi

Energetika Materials 27 May 2015 16:27 (UTC +04:00)
Enerjinin idarə edilməsi və sənayenin avtomatlaşdırılması üzrə dünya səviyyəli ekspert olan "Schneider Electric" şirkəti “Navigant Research” hesabatına görə, binalarda elektrik enerjisini idarəetmə sistemləri (BEMS) sahəsində lider kimi tanınıb.
Binalarda elektrik enerjisinin idarəetməsində lider müəyyən edildi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 may /Trend/

Enerjinin idarə edilməsi və sənayenin avtomatlaşdırılması üzrə dünya səviyyəli ekspert olan "Schneider Electric" şirkəti "Navigant Research" hesabatına görə, binalarda elektrik enerjisini idarəetmə sistemləri (BEMS) sahəsində lider kimi tanınıb.

Trend xəbər verir ki, həmin hesabatda 14 şirkətin sistemləri təhlil olunub və "Schneider Electric" şirkətinin StruxureWare həlli "elektrik idarəetməsi sahəsində müasir dövrdə ən geniş yayılmış platformalardan biri hesab edilib".

Schneider Electric StruxureWare™ proqram təminatı binaların ənənəvi idarəetmə sistemindən kənara çıxan aparıcı funksiyalara görə qeyd edilmişdir. Enerji istehlakının analitik platformasına əlavə olaraq, StruxureWare proqram təminatı elektrik enerjisi sahəsində məlumatlar, həm yerli və həm də qlobal səviyyələrdə davamlı inkişafın tam mənzərəsini təqdim edir. Bu həll həmçinin analitik proqrama bütün müəssisələr səviyyəsində əməliyyatın effektivliyini izləmək və optimallaşdırmaya imkan verərək müxtəlif səviyyəli tətbiqatları daxil etmək imkanına malikdir. Bu, müştərilərə energetika sahəsində investisiyaları qabacaqcadan planlaşdırmaq və investisiyaların qaytarılmasını izləmək imkanı verir. Bu cür həllərə belə funksiyalar həmişə daxil edilmir.

Öz həllərinin çox geniş funksionallığına görə, "Schneider Electric" binanın sahibi və ya operatoruna onun konkret ehtiyaclarına uyğun qurulmuş olan, şəbəkədəki binanın ölçüsü və ya sayından asılı olmayan optimal həlli təklif edə bilər. StruxureWare™ proqramı xüsusilə də qlobal korporasiyalar üçün effektli olub, həm ayrı-ayrı obyektlər səviyyəsində və həm də yüzlərlə paralel məlumat axınlarından əldə etdiyi məlumatları işlədiyi dünya üzrə bütün şəbəkələr səviyyəsində təhlillərin aparılmasını təmin edir.

Şirkətlərin reytinqi bazara çıxış strategiyası, tərəfdaşlarla iş, istifadəçi interfeysi, texniki tutum və miqyasın ölçülməsi də daxil olmaqla, strategiya və satışlarla bağlı 10 meyara əsaslanır. Hesabatda həmçinin "Schneider Electric" şirkətinin həm qlobal əhatə dairəsi və həm də "sürətlə inkişaf edən bazarlarda iştirakın genişləndirilməsi" timsalında fərqli keyfiyyətləri də qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti