...

Dövlət Neft Fondunun Çinə investisiyalara dair şərhi: "Müvafiq işlər aparılır"

Energetika Materials 9 İyul 2015 08:30 (UTC +04:00)
Çin yuanına investisiya Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta portfelinin diversifikasiyasına xidmət edən uzunmüddətli strategiyanın bir hissəsidir.
Dövlət Neft Fondunun Çinə investisiyalara dair şərhi: "Müvafiq işlər aparılır"

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Maksim Tsurkov/

Çin yuanına investisiya Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta portfelinin diversifikasiyasına xidmət edən uzunmüddətli strategiyanın bir hissəsidir.

Bunu Trend-ə ARDNF-dən Çinin fond bazarındakı mövcud qeyri-sabit vəziyyət fonunda bu ölkəyə investisiya qoyuluşlarının vaxtında olub-olmaması məsələsini şərh edərkən deyiblər.

Fonddan bildiriblər ki, yuan hazırda beynəlxalq maliyyə bazarlarında strateji əhəmiyyətli valyuta növüdür: "Çinin dövlət istiqrazları Fondun investisiya planının ilkin mərhələsidir, növbəti mərhələdə isə qiymətli kağızlara investisiya etmək planlaşdırılıb. Son dövrdə Çin qiymətli kağızlar bazarında müşahidə olunan eniş yəqin ki, müvəqqəti xarakter daşıyır. Fond uzunmüddətli investordur və Fondu ümumilikdə qlobal maliyyə bazarlarında və iqtisadiyyatda inkişafın fundamental əsasları maraqlandırır".

ARDNF-dən qeyd ediblər ki, Çin qiymətli kağızlarına investisiya həyata keçirə bilmək üçün Fond Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyasından (CSRC) xüsusi lisenziya əldə etməlidir: "Bu istiqamətdə müvafiq işlər aparılır. Bunlarla yanaşı, Fondun əməkdaşları Çin iqtisadiyyatında baş verən yenilikləri gündəlik izləyir, o cümlədən, qiymətli kağızlar bazarı və digər aktivlər üzrə müvafiq təhlillər aparırlar. Çin qiymətli kağızlar bazarına investisiya ilə bağlı son qərar bütün hazırlıq prosesləri yekunlaşdıqdan sonra qəbul ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti