...

SOCAR və "Vitol Group" razılıq əldə etdilər

Energetika Materials 23 İyul 2015 15:47
SOCAR və "Vitol Group" prezidentlərinin görüşü olub.
SOCAR və "Vitol Group" razılıq əldə etdilər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyul /Trend/

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dünyanın ən böyük enerji treydinq şirkətlərindən biri olan Vitol Group-un prezidenti İan Teylorun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, görüşdə beynəlxalq enerji daşıyıcıları bazarında mövcud vəziyyət və perspektivlər diqqət mərkəzində olub, bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iki şirkət arasında investisiya və treydinq sahəsində əməkdaşlıq imkanları araşdırılıb. Şirkət prezidentləri gələcəkdə birgə fəaliyyətin mümkünlüyünü vurğulayıb, əlaqələrin genişlənməsi və inkişafının hər iki şirkətin mənafeyinə uyğun olduğunu qeyd ediblər.

Görüşdə SOCAR və "Vitol Group" arasında əlaqələrin bundan sonra da davam etdirilməsi barədə razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti