...

SOCAR DESFA-da 66 faiz paya iddia etməyə davam edir (ƏLAVƏ OLUNUB)

Energetika Materials 14 Sentyabr 2015 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

SOCAR yenə də Yunanıstanın DESFA qaz nəqli operatorunun səhmlər paketinin 66 faizini əldə etməyə ümid edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Yunanıstanda növbədənkənar parlament seçkilərinin keçirilməsini gözləyir: "Seçkilərdən sonra həmin məsələni müzakirə edəcəyik".

R. Abdullayev qeyd edib ki, SOCAR əldə edilən payın həcmində dəyişiklik gözləmir: "Biz səhmlərin 66 faizinin əldə edilməsinə ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti