Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Maksim Tsurkov/
SOCAR Yunanıstanın qazpaylayıcı operatoru DESFA-da 16 faizlik payın satışı üzrə Avropa şirkətlərilə danışıqlara hazırdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, hələ heç bir şirkətlə razılaşma əldə edilməyib: "Lakin biz 16 faizlik payı Avropa şirkətlərinə satmağa və onlarla danışıqlar aparmağa hazırıq".
Xatırladaq ki, SOCAR 2013-cü ilin dekabrında DESFA-da 400 milyon avroluq 66 faiz iştirak payının satışı üzrə tenderin qalibi olmuşdu.