...

Yunan nazir: SOCAR-ın DESFA-da pay alışı prosesi problemsiz gedir

Energetika Materials 1 Oktyabr 2015 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Yunanıstanın DESFA qazpaylayıcı operatorunun 66 faizlik payının SOCAR tərəfindən alınması prosesi heç bir çətinlik olmadan davam edir.

Trend-in Yunanıstan mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev, SOCAR prezidentinin müşaviri Murad Heydərov və "SOCAR Energy Greece"in rəhbəri Anar Məmmədovla görüşdə deyib.

Onun sözlərinə görə, DESFA-da payın SOCAR-a satışı məsələsi üzrə konkret nəticələri yaxın aylarda gözləmək lazımdır: "Bu proses elə inkişaf edir ki, Avropa Komissiyasının direktorluğunun tələbləri qarşılansın və o, heç bir çətinlik olmadan davam edir".

Görüşdə, həmçinin tərəflər TAP qaz kəmərinin tikintisi layihəsinin reallaşdırılmasını müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti