Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
Belçikanın "Fluxys" şirkəti SOCAR-ın DESFA qazpaylayıcı operatorunun 66 faizlik payından 8 faizə qədərini əldə etmək istəyir.
Trend Yunanıstan mətbuatına istinadən xəbər verir ki, "Fluxys" bu niyyəti barədə SOCAR-ı artıq məlumatlandırıb.
Artıq Yunanıstanın Dövlət Əmlakının İdarəetmə Fonduna da müvafiq bildiriş göndərilib.