...

"SOCAR Trading" Kanadada ticarət nümayəndəliyi açmaq istəyir

Energetika Materials 30 Oktyabr 2015 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) törəmə şirkəti olan "SOCAR Trading" Kanadada ticarət nümayəndəliyi açmağı planlaşdırır.

Bu barədə Trend-ə Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, ötən gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Şirkətin Kanadada neft yataqlarının işlənməsində maraqlı olduğunu bildirib: "SOCAR Kanada ilə artıq müəyən işgüzar əlaqələr qurub. Ticarət şirkətimiz "SOCAR Trading" Kanadada aktiv işləyir. Hesab edirik ki, ticarət sahəsində neft sənayesində iş üçün böyük potensial var. Bu məqsədlə orada işləməyə hazırlaşırıq, Kalqari şəhərində ofis açılacaq".

R.Abdullayev deyib ki, dünyada neft qiymətlərinin azalması ilə əlaqədar enerji şirkətlərinin işi baxımından müəyyən dəyişikliklər baş verir: "Kanadada böyük həcmdə çətin çıxarılan neft və qaz ehtiyatları var. Fikrimcə, bununla məşğul ola bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti