...

SOCAR Trading-ə enerji sahəsinin "Oskar"ı təqdim olundu

Energetika Materials 14 Dekabr 2015 17:08 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub.
SOCAR Trading-ə enerji sahəsinin "Oskar"ı təqdim olundu

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi olan "SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards" mükafatı təqdim olunub.

Trend-in "SOCAR Trading"-ə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda keçirilən təltifetmə mərasimində şirkət "İlin strateji razılaşması" nominasiyasında mükafatlandırılıb. Şirkət bu mükafata Maltadakı LNG layihəsinə görə layiq görülüb.

Qeyd edək ki, "Platts Global Energy Awards" 1999-cu ildə təsis edilib və energetika sahəsinin "Oskar"ı kimi qəbul olunur. Müsabiqə dünyanın enerji sektorunda 17 kateqoriya üzrə fəaliyyət istiqamətlərini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti