...

Nazir: Azərbaycan İrana elektrik enerjisi satacaq

Energetika Materials 26 Fevral 2016 18:34 (UTC +04:00)
Azərbaycan bir ay ərzində İrana elektrik enerjisi satmağa başlayacaq.
Nazir: Azərbaycan İrana elektrik enerjisi satacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan bir ay ərzində İrana elektrik enerjisi satmağa başlayacaq. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev AZTV-nin efirində deyib.

Onun sözlərinə görə, bir ay ərzində keçmiş İmişli-Parsabad, indiki Muğan elektrikötürücü xəttinin tikintisi başa çatdırılacaq: "Demək olar ki, Azərbaycan bir aydan sonra bu elektrikötürücü xətlə İrana elektrik enerjisi sata biləcək. Qiymət üzrə razılaşma artıq əldə edilib".

Nazir qeyd edib ki, gələcəkdə Azərbaycan, İran və Rusiya, eləcə də Gürcüstan, Azərbaycan və İran arasında elektrik enerjisi verilişini həyata keçirmək planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti