...

Azərbaycan Yunanıstanda qaz operatorunun özəlləşdirilməsini müzakirə edəcək (ƏLAVƏ OLUNUB)

Energetika Materials 11 May 2016 17:12 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:54-də yayılıb)

Bakı. Maksim Tsurkov - Trend:

SOCAR mayın 17-də Yunanıstan hökuməti ilə DESFA qaz operatorunda payın bir hissəsinin alınması üzrə danışıqların gedişini müzakirə edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bu məsələ üzrə danışıqlar davam edir: "Tərəflər neçə faizlik pay almaq niyyətlərini hələ bildirməyiblər".

R.Abdullayev əlavə edib ki, mayın 17-də Yunanıstanda TAP-ın tikintisinə başlanması mərasimi keçiriləcək: "Orada energetika naziri ilə görüş keçirərək DESFA ilə bağlı məsələni müzakirə etməyi planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti