Bakı. Maksim Tsurkov - Trend:
SOCAR Yunanıstanın DESFA qaz operatorunda payının əldə edilməsi ilə bağlı sövdələşmə başa çatmayanadək bu ölkədəki nümayəndəliyini bağlamayacaq. Trend-in məlumatına görə, bu barədə Yunanıstan mətbuatı öz mənbələrinə istinadən xəbər verir.
Xatırladaq ki, İsveçrədə SOCAR nümayəndəliyinin bağlanması barədə məlumatı şərh edərkən şirkətin prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR bütün xarici nümayəndəliklərin fəaliyyətinin dayandırılması barədə qərarı hələ ötən ilin dekabrında qəbul edib: "Nümayəndəliklərin funksiyaları Bakıdakı ofisə və tam SOCAR-a məxsus olan şirkətlərə verilib".