...

Yunanıstan DESFA-dakı payın SOCAR-a satışının tarixini açıqlayıb

Energetika Materials 3 İyun 2016 12:30 (UTC +04:00)

Bakı. Aygün Bədəlova - Trend:

Yunanıstan DESFA qaz operatorundakı payın SOCAR-a satışı üzrə sövdələşməni ilin sonuna başa çatdırmağı planlaşdırır. Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın energetika naziri Panos Skurletis deyib.

Sövdələşmədən Yunanıstan büdcəsinə 188 milyon avro daxil olacaq. Qalan hissəni isə DESFA-da 35 faizlik paya sahib olan "Hellenic Petroleum" neft emalı şirkəti alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti