Bakı. Maksim Tsurkov - Trend:
Yunanıstanın Energetika və Ətraf Mühit Nazirliyi Transadriatik boru kəməri (TAP) konsorsiumuna TAP-ın tikintisi üçün rəsmi icazə verib.
Trend-in TAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni icazə bu ilin yanvarında imzalanmış boru kəmərinin tikintisi haqqında aktla yanaşı, TAP üzrə tikinti işlərinin qrafikə uyğun başlanılmasına imkan verir.