İzmir. Maksim Tsurkov - Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Yunanıstan hakimiyyətindən DESFA qaz operatorunda səhmlərinin bir hissəsinin əldə olunması ilə əqdlərin uğurlu yekunlaşması üçün kompromis təkliflər gözləyir.
Tren-in məlumatına görə, bunu İzmirdə jurnalistlərə "SOCAR Energy Greece" şirkətinin rəhbəri Anar Məmmədov deyib.
Onun sözlərinə görə, Yunanıstanda qaz tariflərinin hesablanması üzrə yeni qaydalar DESFA-nın gəlirliliyinə mənfi təsir göstərəcək: "Bizim hazırda bu layihəyə marağımız var, lakin kommersiya baxımından da faydalı olmalıdır. Yeni şərtlərlə isə SOCAR özəlləşdirmə məsələsinə bir o qədər hazır olmaya bilər".
A.Məmmədov əlavə edib ki, hazırda SOCAR Yunanıstandan cavab gözləyir: "Əgər onlar prosesin yekunlaşmasında maraqlıdırlarsa, o zaman bunu bizə göstərməlidirlər. Biz məhkəməyə müraciət etmək niyyətində deyilik, lakin ehtimal var ki, konkret olaraq bu layihədən imtina edək. SOCAR əvvəlki şərtlərlə bütün öhdəliklərini yerinə yetirməyə hazırdır. Sentyabrın 30-da tender üzrə zəmanət məktubunun müddəti bitir. Onu uzatmaq sadə prosedurdur, lakin biz hazırda buna əsaslı səbəb görmürük".
O əlavə edib ki, ilkin qiymətləndirməyə əsasən, yeni tariflərlə Yunanıstan şirkəti öz dəyərini 40-50 faiz itirir.