Bakı. Maksim Tsurkov – Trend:
SOCAR DESFA qaz operatorunun 66 faiz payının alınması məsələsi üzrə Yunanıstanla danışıqlar prosesində İtaliyanın "Snam" şirkəti ilə məsləhətləşəcək.
Trend-in məlumatına görə, bunu SOCAR-ın I vitse-prezidenti Vitali Bəylərbəyov "EurActiv" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hesablaşma metodologiyasının dəyişməsi vəziyyəti çətinləşdirib ki, bu da DESFA-nın qiymətinə təsir edir.