Bakı. Trend:
Bu gün Quba, Lənkəran və Göygöl rayonlarının daha 4 kəndinə təbii qaz verilib.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra Hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etdiblər.
Lənkəranda keçirilmiş tədbirdə bildirilib ki, 270 abonenti olan Qumbaşı kəndinin ilk dəfə qazlaşdırılması üçün bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Qubanın Hacıağalar və Cadar kəndlərinə də ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilən mərasimdə qeyd olunub ki, ümumilikdə 199 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə mənzillərdə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Göygöl rayonunun Üçtəpə kəndi ərazisində Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı 85 abonentlik yaşyış məntəqəsinin qazlaşdırılması münasibəti ilə keçirilən tədbirdə isə vurğulanıb ki, bu məqsədlə 2895 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.