...

Yunanıstan SOCAR-la DESFA-nın səhmlərinin satışı ilə bağlı danışıqları dayandırır (YENİLƏNİB)

Energetika Materials 1 Dekabr 2016 13:01 (UTC +04:00)

Bakı. Trend

Yunanıstan hökuməti Azərbaycan Dövlət Neft Şirkəti ilə DESFA qaz operatorunun səhmlərinin 66 faizinin satışı ilə bağlı danışıqları dayandırır.

Trend-in məlumatına görə, bu barədə Yunanıstanın Ətraf mühiti mühafizə və energetika Nazirliyinin saytında deyilir.

Məlumatda qeyd olunur ki, son aylar ərzində SOCAR və SNAM şirkətləri ilə davam edən konstruktiv danışıqlara baxmayaraq, tərəflərin verdiyi təkliflər Yunanıstan hökumətini qane etməyib. Məlumatda qeyd olunur ki, hökumətin tələbləri də alıcıları qane etməyib. Nəticədə danışıqların dayandırılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti