...

TPAO-nun Azərbaycandakı investisiyalarının həcmi 10 milyard dolları ötüb

Energetika Materials 19 Dekabr 2016 16:33 (UTC +04:00)
Türkiyənin dövlət neft-qaz korporasiyası TPAO-nun Azərbaycandakı layihələrə yatırdığı investisiyaların ümumi həcmi 10 milyard dolları ötüb.
TPAO-nun Azərbaycandakı investisiyalarının həcmi 10 milyard dolları ötüb

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin dövlət neft-qaz korporasiyası TPAO-nun Azərbaycandakı layihələrə yatırdığı investisiyaların ümumi həcmi 10 milyard dolları ötüb.

Trend-in məlumatına görə, bunu TPAO-nun baş direktoru Besim Şişman "Bloomberg HT"yə müsahibəsində deyib.

B.Şişman qeyd edib ki, TPAO-nun Azərbaycandakı investisiyalardan daxilolmaları korporasiyanın gəlirlərinin əsas hissəsini təşkil edir.

O bildirib ki, ümumilikdə korporasiya neftin qiymətinin azalması səbəbindən xarici investisiyalarını azaltmaq niyyətindədir.

Qeyd edək ki, TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti