...

Azərbaycan neftinin SON QİYMƏTİ - 64 dollara çatır

Energetika Materials 6 Noyabr 2017 23:01 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 63,62 dollar/barel təşkil edib.
Azərbaycan neftinin SON QİYMƏTİ - 64 dollara çatır

Bakı. Azad Həsənli - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 63,62 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,73 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 62,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 3-də 59,37 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 3-də 61,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti