Bakı. Trend:
Azərbaycanın dövlət şirkəti SOCAR Gürcüstana və Türkiyəyə karbamid ixracı üçün Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu istifadə etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə karbamid zavodunun direktoru Xəyal Cəfərov deyib.
X.Cəfərov bildirib: "Bizim əsas bazarımız Türkiyədir. Biz Türkiyəni araşdırdıq və məlum oldu ki, bu ölkəyə karbamid əsasən Misirdən və qismən Rusiyadan gedir. Amma bizim logistika kimi üstünlüyümüz var. Bundan əlavə, 2020-ci ildən sonra karbamidə tələbat hər yerdə artacaq".
Direktor qeyd edib ki, bu yaxınlarda istismara buraxılan BTQ dəmir yolu Azərbaycandan Gürcüstana və Türkiyəyə malların tez çatdırılmasına imkan verəcək: "Logistikanı nəzərə alaraq, biz BTQ-nı istifadə etməklə çox rəqabət qabiliyyətli olacağıq".