...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Energetika Materials 11 May 2018 23:04 (UTC +04:00)
Azərbaycan nefti cüzi ucuzlaşıb.
Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakı. Maksim Tsurkov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 10-da 77,65 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,19 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 10-da 77,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 10-da 73,35 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətlə eynidir.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 10-da 77,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,09 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti