...

Azərbaycan neftinin son qiyməti ilə bağlı XƏBƏR

Energetika Materials 21 May 2018 23:04 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,66 dollar/barel təşkil edib
Azərbaycan neftinin son qiyməti ilə bağlı XƏBƏR

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,66 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,37 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 78,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 76,17 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,25 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 78,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,86 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti