...

"Cənub Qaz Dəhlizi" QSC-nin sədri: İyulun 1-dən Türkiyəyə ilk kommersiya qazı tədarük olunacaq

Energetika Materials 30 May 2018 15:04 (UTC +04:00)
Hazırda "Cənub Qaz Dəhlizi" layihəsinin dəyəri 40 milyard dollardan çox qiymətləndirilir.
"Cənub Qaz Dəhlizi" QSC-nin sədri: İyulun 1-dən Türkiyəyə ilk kommersiya qazı tədarük olunacaq

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Hazırda "Cənub Qaz Dəhlizi" layihəsinin dəyəri 40 milyard dollardan çox qiymətləndirilir.

Trend-in məlumatına görə, bunu "Cənub Qaz Dəhlizi" QSC-nin sədri Əfqan İsayev Bakıda keçirilən 25-ci Beynəlxalq "Xəzər Neft və Qaz" konfransında çıxışı zamanı deyib.

Ə.İsayev bildirib ki, maliyyələşdirmənin bu həcmindən 11,5 milyard dollar Azərbaycanın payına düşür. Bu məbləğdən artıq 9 milyard dollar ayrılıb.

O qeyd edib ki, "Şahdəniz-2" layihəsinin dəyəri 22,7 milyard dollar təşkil edir: "Bu gün bu məbləğdən 17,7 milyard dolları maliyyələşdirilib. Layihə üzrə işlərin 99 faizi başa çatıb. Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinin dəyəri 4,6 milyard dollar təşkil edir, bunun 4,3 milyard dolları ayrılıb. Layihə üzrə işlər ümumilikdə 97,3 faiz icra olunub".

Transanadolu qaz kəmərinə gəldikdə, Ə.İsayev layihənin 8 milyard dollar (ilkin olaraq 9,5 milyard dollarla müqayisədə) dəyərində qiymətləndirildiyini deyib:

"Hazırda 5,4 milyard dollar mənimsənilib, layihə üzrə işlər 94 faiz başa çatıb. Transadriatik boru kəmərinin dəyəri isə 4,5 milyard dollar avrodur, bunun 2,9 milyard avrosu ayrılıb. İrəliləyiş 72,9 faiz səviyyəsində qiymətləndirilir".

QSC sədri bildirib ki, 2018-ci il iyulun 1-dən Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti