...

Azərbaycan neftinin 1 bareli 77 dollara satılır

Energetika Materials 14 İyun 2018 23:03 (UTC +04:00)
Azərbaycan neftinin 1 bareli 77 dollara satılır.
Azərbaycan neftinin 1 bareli 77 dollara satılır

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 76,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,21 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 76,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 13-də 73,61 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 13-də 74,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti