...

Energetika naziri OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək

Energetika Materials 20 Sentyabr 2018 13:01 (UTC +04:00)
Sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.
Energetika naziri OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək

Bakı. Trend:

Sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda neft bazarının inkişaf tendensiyalarına dair məlumatlar, 2018-ci ilin avqust ayı ərzində neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı nəzərdən keçiriləcək. Bu ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 mln. barrel artırılması ilə bağlı qəbul edilmiş qərara uyğun olaraq kvotaların müəyyənləşdirilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılmış Monitorinq Komitəsinin iclası iki aydan bir keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti