Bakı. Trend:
BP Azəri Mərkəzi Şərqi (AMŞ) Layihəsinin operatoru kimi bildirir ki, AMŞ layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı ilə əlaqədar ictimaiyyətlə görüş keçiriləcək.
BP nəzərdə tutulan AMŞ üzrə ƏMSSTQ sənədini müzakirə etmək üçün bütün maraqlı tərəfləri bu açıq görüşdə iştirak etməyə dəvət edir. İctimaiyyətlə görüşlərin təfərrüatları aşağıda təqdim olunur:
HOLIDAY INN mehmanxanası (Kövkəb xanım Səfərəliyeva küçəsi 5 Bakı, Azərbaycan AZ 1010), Bakı-2 iclas zalı
Çərşənbə, 31 oktyabr 2018-ci il
saat 10:00-dan 13:00-dək
Görüşdə BP tərəfindən təqdimatlar veriləcək və auditoriya üçün suallar verməyə və şərhlər bildirməyə imkan yaradılacaq.
11 sentyabr tarixindən etibarən AMŞ üzrə ƏMSSTQ sənədlərinin nüsxələri və rəy formaları ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib:
- BP-nin Bakıda yerləşən Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi, Neftçilər prospekti 153
- Ümid qəsəbəsi, 294 nömrəli orta məktəb
- Ümid qəsəbəsi, 7 nömrəli orta məktəb
- Səngəçal qəsəbəsində yerləşən dövlət kitabxanası, Qaradağ rayonu, M. A. Sabir küçəsi 1, 5 nömrəli mərkəzi kitabxana
- Sahil qəsəbəsində yerləşən dövlət kitabxanası, E. Quliyev küçəsi, 2 nömrəli mərkəzi kitabxana
- M.F. Axundov adına Milli Kitabxana, Xaqani küçəsi 29
- Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Hüseyn Cavid küçəsi 31
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20
- Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, B. Ağayev küçəsi 100a
Bundan əlavə, azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi BP-nin veb səhifəsində (www.bp.com/caspian) yerləşdirilib.
BP şirkəti ƏMSSTQ sənədinin layihə variantına dair bütün şərhləri alqışlayır. Şərhlərinizi www.bp.com/caspian ünvanlı veb səhifəmizə daxil olmaqla və [email protected] ünvanına elektron məktub göndərməklə təqdim edə bilərsiniz.
Əlavə məlumat üçün BP-nin Qaydalar və İcazələrin alınması üzrə məsləhətçisi Səadət Qafarova ilə əlaqə saxlaya bilərsiniz: (012) 499 43 29/0552259013, e-poçt ünvanı: [email protected]