...

Azərbaycan neftinin son qiyməti

Energetika Materials 23 Mart 2019 23:30 (UTC +04:00)
Azərbaycanın yüngül neftinin qiyməti martın 22-də 67,58 dollar/barel təşkil edib.
Azərbaycan neftinin son qiyməti

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 22-də 67,58 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 1,85 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,84 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,92 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,91 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 22-də 66,31 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,8 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti