...

SOCAR Palmali-yə qarşı məhkəməni uddu: 49,5 milyon dollar təzminat ödəniləcək

Energetika Materials 9 Noyabr 2020 09:50 (UTC +04:00)
SOCAR Palmali-yə qarşı məhkəməni uddu: 49,5 milyon dollar təzminat ödəniləcək

Bakı. Trend:

SOCAR Overseas və Palmali arasında gedən məhkəmə işi üzrə London Beynəlxalq Arbitraj Məhkəməsində 5 Noyabr 2020-ci il tarixində arbitraj qərarı verilib.

SOCAR-dan Trend-ə verilən məlumatına görə, qərar SOCAR Overseas-in lehinə çıxarılmışdır. SOCAR-ın Palmali-yə qarşı iddiaları təsdiqlənmiş və təxminən 49.500.000 ABŞ dolları məbləğində təzminat müəyyən edilmişdir. Palmali-nin çox milyonluq qarşılıqlı iddiası tamamilə rədd edilmişdir.

Xatırladaq ki, SOCAR və Palmali şirkətləri arasında daha əvvəl kommersiya münasibətləri mövcud olub. Bununla belə tərəflər heç vaxt birgə müəssisə qurmamışlar. Palmali şirkətinin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər 2018-ci ildən bəri Palmali qrupuna daxil olan şikətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlarına başlamışlar. Beləliklə, iki ildən artıq davam edən 3 beynəlxalq arbitraj prosesindən biri artıq başa çatmış oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti