...

TANAP-la Türkiyəyə indiyə qədər 8.4 mlrd. kubmetr qaz göndərilib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 14 Yanvar 2021 14:39 (UTC +04:00)
TANAP-la Türkiyəyə indiyə qədər 8.4 mlrd. kubmetr qaz göndərilib (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu günə qədər TANAP vasitəsilə Türkiyəyə indiyə qədər 8.4 mlrd. kubmetr qaz göndərilib.

Trend-in məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında deyib.

O bildirib ki, hazırda qazın ucuz qiymətləri ilə əlaqədar TANAP-ın buraxılış gücünün genişləndirilməsi aktual deyil:

“Amma indi əlavə kompressor stansiyaları üçün yerlər seçilib. Buraxılış gücünün artırılmasına investisiyalar qaz həcmindən asılı olacaq. Müvafiq qərar qəbul edildikdən sonra genişləndirmə işlərini üç il ərzində başa çatdırmaq olar”.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti