...

"JP Morgan" Azərbaycanda neft hasilatı üzrə proqnozları azaldıb

Energetika Materials 26 Aprel 2021 20:03 (UTC +04:00)
"JP Morgan" Azərbaycanda neft hasilatı üzrə proqnozları azaldıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ildə Azərbaycanda xam neft hasilatı 618 min barel/sutka təşkil edəcək.

Trend bu barədə ABŞ-ın "JP Morgan" bankının hesabatına istinadən məlumat verir.

Bundan əvvəlki proqnozda həmin göstərici 620 min barel/sutka səviyyəsində göstərilirdi.

Proqnoza əsasən, 2021-ci ilin birinci rübündə hasilat sutkada 593 min barel, ikinci rübdə 618 min barel, üçüncü rübdə 634 min barel, dördüncü rübdə isə 626 min barel təşkil edəcək.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə aylar üzrə hasilat proqnozu yanvarda sutkada 593 min barel, fevralda 593 min barel, martda 592 min barel, apreldə 606 min barel, mayda 623 min barel, iyunda 625 min barel, iyulda 625 min barel, avqustda 630 min barel, sentyabrda 647 min barel, oktyabrda 650 min barel, noyabrda 612 min barel, dekabrda 615 min barel təşkil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti