...

Fitch SOCAR-ın reytinq proqnozunu dəyişib (ƏLAVƏ OLUNUB)

Energetika Materials 20 May 2021 09:52 (UTC +04:00)
Fitch SOCAR-ın reytinq proqnozunu dəyişib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnozunu “Mənfi”dən "Stabil"ə dəyişib.

Trend-in məlumatına görə, reytinq agentliyi SOCAR-ın müstəqil kredit profilini "B+" səviyyəsində qiymətləndirir:

"SOCAR tamamilə dövlətə məxsusdur və onun reytinqi dövlətlə bağlı şirkətlərin reytinq meyarlarına uyğun olaraq Azərbaycanın reytinqinə bərabərləşdirilir. SOCAR-ın 2020-ci ilin birinci yarısı üzrə nəticələri proqnozlaşdırılandan daha yaxşı olub. Ümumilikdə şirkətin faizlər, vergilər çıxıldıqdan sonra mənfəəti (EBITDA) dəyişməz qalıb, çünki kəşfiyyat və hasilat seqmentindəki zəif nəticələrə qarşı daha güclü ticarət əməliyyatları ilə tarazlanıb. Bizim qiymətləndirməmizə əsasən, şirkətin EBITDA göstəriciləri 2021-ci ildə daha yüksək neft qiymətləri fonunda və 2021-ci ilin yanvarında tənzimlənən yanacaq qiymətlərinin artması fonunda bərpa olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti