...

"JP Morgan" Azərbaycanda xam neft hasilatı üzrə proqnozları açıqlayıb

Energetika Materials 23 Avqust 2021 13:35 (UTC +04:00)
"JP Morgan" Azərbaycanda xam neft hasilatı üzrə proqnozları açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ildə Azərbaycana xam neft hasilatı 615 min barel/sutka təşkil edəcək.

Trend bu barədə ABŞ-ın "JP Morgan" bankının hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2021-ci ilin birinci rübündə hasilat sutkada 593 min barel, ikinci rübdə 598 min barel təşkil edib. Proqnozlara əsasən, üçüncü rübdə bu göstərici 623 min barel, dördüncü rübdə isə 647 min barelədək yüksələcək.

Bankın hesabatında deyilir ki, Azərbaycanda 2021-ci ilin yanvarında 593 min barel/sutka, fevralda 593 min barel/sutka, martda 592 min barel/sutka, apreldə 594 min barel/sutka, mayda 590 min barel/sutka, iyunda 610 min barel/sutka, iyulda 610 min barel/sutka xam neft hasil olunub.

Avqustda hasilatın 627 min barel/sutka, sentyabrda 593 min barel/sutka, oktyabrda 640 min barel/sutka, noyabrda 647 min barel/sutka, dekabrda 654 min barel/sutka səviyyəsində olacağı gözlənilir.

Eyni zamanda, "JP Morgan" Azərbaycanda 2022-ci ildə neft hasilatının orta hesbala 669 min barel/sutka səviyyəsində proqnozlaşdırır.

Proqnoza əsasən, gələn ilin birinci rübündə hasilat 667 min barel/sutka, ikinci, üçüncü və dördüncü rüblərdə 670 min barel/sutka təşkil edəcək.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti