...

“Azəriqaz”ın “ASAN Kommunal”dakı xidmətlərinin bir hissəsi yeni portalda təqdim ediləcək

Energetika Materials 18 Avqust 2021 12:46 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

“Azəriqaz” İstehsalat Birliyi elektron xidmətlərin yaradılması ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” MMC ilə bağlanmış müvafiq müqaviləyə əsasən mərhələli şəkildə işlər həyata keçirməkdədir.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, ilkin mərhələdə “Azəriqaz” İB-nin “ASAN Kommunal” mərkəzlərində göstərdiyi xidmət növlərinin bir hissəsi Birliyə məxsus vahid yeni portalda istifadəçilərə təqdim ediləcək.

Sonrakı mərhələdə isə “İOS” və “Android” mobil platformaları üzərindən elektron xidmətlərin göstərilməsi planlaşdırılır.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti