...

Azərbaycan neft məhsullarının istehsalını 30 faizdən çox artırıb

Energetika Materials 18 Avqust 2021 16:33 (UTC +04:00)
Azərbaycan neft məhsullarının istehsalını 30 faizdən çox artırıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 2,417 milyard manat dəyərində neft məhsulları istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz çoxdur.

Trend-in məlumatına görə, bu ilin 7 ayında 690 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azdır.

Nafta istehsalı isə ötən ilkindən 55,4 faiz çoxdur (247,4 min ton). Bundan başqa bu il 291,3 min ton kerasin, 1458,7 ton dizel, 25 min ton mazut və s. istehsal edilib.

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti