...

Azərbaycandan Avropaya nəql olunan qazın həcmi açıqlanıb

Energetika Materials 10 Noyabr 2021 10:18 (UTC +04:00)
Azərbaycandan Avropaya nəql olunan qazın həcmi açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci il dekabrın sonundan Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropaya təxminən 6 milyard kubmetr təbii qaz nəql edilib.

Trend-in məlumatına görə, bunu TAP-ın kommersiya şöbəsinin rəhbəri Mariya Savova Amsterdamda Avropa qaz konfransında deyib.

O bildirib ki, TAP qaz bazarının hazırkı kontekstində vacib əhəmiyyət daşıyır.

"Təbii qaz və mövcud qaz infrastrukturu təmiz enerjiyə keçiddə əvvəlki kimi strateji rol oynayacaq" - deyə M.Savova qeyd edib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri ilə qaz nəqli 2020-ci il dekabrın 31-dən etibarən başlayıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti