...

Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq - İranın neft naziri

Energetika Materials 29 Noyabr 2021 11:27 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

Bu ilin dekabrın 22-dən Türkmənistan qazının Azərbaycana İran ərazisi vasitəsilə tədarükünə başlanılacaq.

Trend-in məlumatına görə, bunu İranın neft naziri Cavad Ouci deyib.

C.Oucinin sözlərinə görə, təxminən 2 ay əvvəl İran Türkmənistan və Azərbaycanla qaz ticarəti haqqında müzakirələrə başlayıb. Nəticədə üç ölkə arasında qaz ticarəti haqqında müqavilə imzalanıb:

“İranın bölgədə qaz ticarətindəki payı 2%-dən azdır və bunun artırılması üçün addımlar atılacaq”, - deyə o qeyd edib. İranlı nazir bu müqavilə çərçivəsində qış fəslində İranın 5 vilayətinin (Rəzəvi Xorasanı, Şimali Xorasan, Cənubi Xorasan, Gülüstan və Simnan) qazla təmin olunacağını deyib.

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.

Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 - 2 milyard kubmetrədək qaz göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti