...

Cənub rayonlarında elektrik təsərrüfatı yenilənir (VİDEO)

Energetika Materials 30 Noyabr 2021 10:41 (UTC +04:00)
Cənub rayonlarında elektrik təsərrüfatı yenilənir (VİDEO)

Bakı. Trend:

Yardımlı, Astara və Lerik rayonlarının elektrik şəbəkələrində yenidənqurma, təmir-bərpa işləri aparılıb.

"Azərişıq" ASC Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Yardımlıda 1200-ə yaxın abonentin yaşadığı və mürəkkəb dağ relyefi şəraitinə malik 13 yaşayış məntəqəsinin elektrik xətləri və enerji güc mərkəzləri yenilənib. Elektrik verilişi xətləri mürəkkəb dağ keçidləri və meşə ərazilərindən çıxarılaraq əsasən yol kənarı və açıqlıq sahələrdən çəkilib. Uzunluğu 43,2 km olan 10 kV-luq hava xətti yenilənib. Rayonun Peştəsər kəndində 0,4 kV-luq şəbəkə müasir tələblər səviyyəsində qurulub. Sayğaclaşma işləri yekunlaşıb və Peştəsər kəndinin 72 abonenti keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilib.

Yenidənqurma işləri Astara rayonunda da həyata keçirilib. “Lavayin” 35/10/6 kV-luq yarımstansiyadan qidalanan 12,6 kilometrlik “subsovxoz” hava xəttinin əsaslı bərpası ilə bağlı nəzərdə tutulan işlərin 60 %-i yerinə yetirilib. Əlavə 7 güc mərkəzi yaradılaraq müasir komplekt transformator məntəqələri quraşdırılıb. Sözügedən hava xətti Tüləküvan, Təzəkənd, Aşağı Şəmətük, 8 Hektar kəndlərində və Kijəbə qəsəbəsində ümumilikdə 1115 abonentə xidmət edir. Yenidənqurma işləri çərçivəsində Kijəbə qəsəbəsində elektrik şəbəkəsi tam yenilənib.

Lerik rayonunda da enerji təsərrüfatı müasirləşdirilir. 1960-cı illərdə istismara verilmiş Lerik yarımstansiyasından qidalanan 3 saylı 90 km-lik 10 kV-luq hava xəttinin yenidənqurma, tiktinti-bərpa işləri aparılır. Artıq qısa müddətdə 20 km-ə yaxın hava xətti istismara verilib. Həmin ərazi 8 kəndi, 1500-ə yaxın abonenti əhatə edir.10 kV-luq hava xəttinin ümumi uzunluğu isə 90 km-ə yaxındır və 3000-ə yaxın abonentə, 100-dən çox qeyri-əhali qrupuna və ticarət obyektlərinə xidmət göstərir.

Bütün yenidənqurma, tikinti, təmir-bərpa işləri mərhələli şəkildə və plana uyğun yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti