...

Azərbaycanda 2030-cu ilədək enerji istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq planlaşdırılır - Nazir

Energetika Materials 21 Dekabr 2021 15:33 (UTC +04:00)
Azərbaycanda 2030-cu ilədək enerji istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq planlaşdırılır - Nazir

Bakı. Xaqan İsayev - Trend:

Biz Azərbaycanda ümumi enerji istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payını 2025-ci ildə 17 faizdən 24 faizədək, 2030-cu ildə 30 faizədək artırmağı hədəfləyirik.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

"Bunun üçün alternativ enerji mənbələri sahəsində 1 500 meqavatt istehsal gücünün istifadəyə verilməsi və artıq istismarda olan mövcud pilot layihələr çərçivəsində 479 meqavatt gücün əlavə olunması planlaşdırılır", - deyə nazir bildirib.

O əlavə edib ki, gələn il bərpa olunan enerji mənbələri layihələrinin hərraca çıxarılması və Xəzərin külək enerjisinin istifadə olunması investorlarla birgə "yaşıl gələcək" qurmağa imkan verəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti