...

Yüksəkgərginlikli işıq xətləri yeraltı kabellərə keçirilir (FOTO/VİDEO)

Energetika 19 Yanvar 2022 10:43 (UTC +04:00)
Yüksəkgərginlikli işıq xətləri yeraltı kabellərə keçirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı şəhəri Heydər Əliyev prospektinin Sabunçü rayonunun ərazisindən keçən və Hava Limanı yolunda bir neçə dəfə kəsişən, o cümlədən ərazidəki yaşayış massivlərində movcud olan yüksəkgərginlikli 110 kilovoltluq hava elektrik verilişi xətləri “Azərenerji” tərəfindən demontaj edilərək yeraltı kabel xəttinə keçirilir.

“Azərenerji”dən Trend-ə verilən məlumata görə, 110 kilovoltluq “Ramana” yarımstansiyasının ikidövrəli olmaqla 8 istiqamətdə giriş-çıxış xətləri ümumilikdə 10 km uzunluqda, tək damarlı olaraq isə 32 km məsafədə müasir tələblərə cavab verən kabel xətləri ilə əvəz olunur və Heydər Əliyev prospekti və digər yollarla kəsişmədə tunel tipli keçidlər tikilir. Qeyd edək ki, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlərinin istismarında çətinliklər yaratmaqla yanaşı, hava limanı yolunun estetik görünüşünə də xələl gətirirdi.

Bununla yanaşı 90 il bundan əvvəl tikilən və istismar müddətini dəfələrlə keçən 110 kilovoltluq “Ramana” yarımstansiyası da sökülərək tam rəqəmsal formada yenidən qurulur.

İstismar müddətini keçən, eyni zamanda artan tələbatı qarşılaya bilməyən 110/20/6 kilovoltluq “Ramana” yarımstansiyasının gərginlik sinifi dəyişdirilərək 110/35/6 kilovoltluq gərginlik sinifinə keçiriləcək, gücü artırılacaq və ən əsası geniş ərazini tutan açıq tipli yarımstansiya sökülərək daha müasir, GİS tipli qurğularla təchiz olunmuş qapalı tipli mobil rəqəmsallaşdırılmış yaraımstansiyaya çevriləcək.

Yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli Hava Limanı yolu qazılmayacaq və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən böyük həcmli borular xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin altıyla keçiləcək. Bununla da xüsusi layihə əsasında həyata keçirilən işlər nəticəsində Heydər Əliyev prospekti və digər yol kəsişmələrində iri anker dayaqların görünməz yeraltı kabellərlə əvəz edilməsiylə ərazinin xarici görünüşünü yaxşılaşdıracaq, ekoloji tələblərə cavab verəcək, ən əsası baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısı alınaraq enerjinin ötürülməsi daha müasir qaydada həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti