...

bp "Rosneft"in səhmdarlarından çıxır

Energetika Materials 27 Fevral 2022 21:45 (UTC +04:00)
bp "Rosneft"in səhmdarlarından çıxır

Bakı. Trend:

bp şirkəti Rusiyanın "Rosneft" şirkətinin səhmdarlarından çıxır.

Trend-in şirkətə istinadən verdiyi məlumata görə, bu barədə direktorlar şurası qərar verib.

Qeyd edilib ki, bp 2013-cü ildən Rosneft-də 19,75 faiz paya sahibdir.

Bundan başqa, bp-nin baş direktoru Bernard Luni “Rosneft”in direktorlar şurasını tərk edir. bp tərəfindən təyin edilmiş digər "Rosneft"in direktoru, bp qrupunun keçmiş baş icraçı direktoru Bob Dadli də idarə heyətini tərk edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti