...

JP Morgan enerji sektorunda böhranı dəf etmək üçün lazım olan vəsaitin həcmini açıqlayıb

Energetika Materials 21 Aprel 2022 07:44 (UTC +04:00)
JP Morgan enerji sektorunda böhranı dəf etmək üçün lazım olan vəsaitin həcmini açıqlayıb

Bakı. Trend:

Dünya birliyi enerji sektoruna qlobal böhrandan xilas olmaq üçün 2030-cu ilə qədər bu sahəyə investisiyaları 1,3 trilyon dollar artırmalıdır.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın JP Morgan bankının icmalında deyilir.

Bank hasil olunan yanacaq, alternativ enerji mənbələri və nüvə enerjisi də daxil olmaqla bütün enerji növlərinə sərmayə qoymağa çağırır. Beynəlxalq Enerji Agentliyi (IEA), əksinə, hasil olunun yanacaqlara investisiyanın həcmini azaldaraq, günəş panelləri və külək stansiyalarına üstünlük verməyi təklif etmişdir. JP Morgan isə agentliklə bu məsələdə razılaşmır.

"Bütün yanacaq növləri eyni deyil və tamamilə bir-birini əvəz edə bilməz - günəş panelləri, məsələn, neft-kimya məhsullarının sənaye istehsalı üçün lazım olan nefti əvəz edə bilməz", - icmalda bildirilir.

Mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər enerjiyə tələbatın artımı, ilk növbədə inkişaf etməkdə olan ölkələr hesabına təklif artımını 20 faiz üstələyəcək. Ekspertlər həmçinin neftə tələbatın 10 faiz, qaza isə 18 faiz artacağını proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti