...

Bolqarıstan iyulun 1-dən Azərbaycan qazını tam həcmdə alacaq

Energetika Materials 13 May 2022 13:49 (UTC +04:00)

Bakı. Trend:

Bolqarıstan iyulun 1-dən etibarən Azərbaycan qazını tam həcmdə ala biləcək.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın baş naziri Kiril Petkov parlamentdə çıxışı zamanı deyib.

"Biz iyulun 1-dən Azərbaycan qazını tam həcmdə ala bilərik, bu, Yunanıstanla sistemlərarası qaz kəmərinin tikintisinin başa çatıb-çatmamasından asılı olmayacaq", - baş nazir deyib.

K.Petkov həmçinin bildirib ki, iyun ayında ABŞ-dan iki tankerlə mayeləşdirilmiş qaz tədarükü barədə müqavilə imzalanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti