...

Almaniya qaz ehtiyatlarının kifayət qədər olduğunu bildirib

Energetika Materials 17 May 2022 02:08 (UTC +04:00)
Almaniya qaz ehtiyatlarının kifayət qədər olduğunu bildirib

Bakı. Trend:

May ayının ortalarına olan məlumata görə, Almaniyada qaz anbarları 40,8 faiz doludur.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Almaniya Federal Şəbəkə Agentliyinin (BNetzA) hesabatında deyilir.

Göstərilən rəqəm kifayət qədər yüksək rəqəm sayılır, çünki 2015, 2017, 2018 və 2021-ci illərdə analoji göstərici xeyli aşağı olmuşdur.

Hazırda Almaniyaya yanacaq tədarükü stabildir, onların təhlükəsizliyinə zəmanət verilir və ümumilikdə alışın həcmi dəyişməyib. Sənəddə qeyd edildiyi kimi, tənzimləyici Ukrayna ərazisindən qaz tranzitinin azalmasının mümkün nəticələrini və “Qazprom”a qarşı mövcud sanksiyaları diqqətlə izləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti