...

TAP vasitəsilə qaz nəqlinin həcmi açıqlanıb

Energetika Materials 8 İyul 2022 13:30 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci ilin sonunda istismara buraxıldıqdan sonra Trans-Adriatik boru xətti (TAP) ilə 13 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Trend-in məlumatına görə, bunu "Azernews"a müsahibəsində TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

"TAP 10 milyard kubmetrə yaxın ilkin təmin olunmuş uzunmüddətli nəql gücü 2013-cü ildə 25 il müddətinə imzalanmış müqavilələr əsasında daşıyıcılara ayrılmışdı. Eyni zamanda, ilkin nəql gücünün təxminən beş faizinə bərabər olan güc Avropa qaydalarına uyğun olaraq PRISMA platforması vasitəsilə qısamüddətli rezerv üçün əlçatandır", - deyə L.Skyeppati bildirib.

O qeyd edib ki, son zamanlar TAP tam yüklənməyə yaxındır: fevralın ortalarından bu yana uzunmüddətli öhdəliklərə əlavə olaraq İtaliyaya qısamüddətli sifarişlər qeydə alınıb.

"Biz gözləyirik ki, 2022-ci il, 2023-cü ilin əvvəlində həm uzunmüddəti, həm də qısamüddətli perspektivdə yüksək yüklənmə qalacaq. 2021-ci ildə İtaliya əsasən TAP sayəsində Şimali Avropaya qaz ixrac etməyə başladı. Gələcəkdə isə TAP mövcud gücünü iki dəfə artıra bilər", - icraçı direktor deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti